
Türkiyədə 7 milyon dollarlıq qumar şəbəkəsi məhv edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Jandarma Baş Komandanlığı məlumat verib. Bildirilib ki, vətəndaşları qanunsuz mərc saytları vasitəsilə qumara təşviq edən 16 şübhəli həbs olunub.
Vilayət Jandarma Komandanlığı qrupları tərəfindən Mütəşəkkil Cinayətkarlıq və Kiber Cinayətkarlıq Departamentləri və Batman Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə aparılan əməliyyatlar nəticəsində, Batman mərkəzli 6 əyalətdə cinayət törətmək və qanunsuz qumar oynamaq üçün təşkilat yaratmaq hədəfinə yönəlmiş əməliyyatlarda ümumi məbləği 7 milyon dolllar olan hesab əməliyyatları aşkar edilib.
Şübhəlilərin internet saytları vasitəsilə qanunsuz qumar oynadıqları, qanunsuz pul köçürmələrini asanlaşdırdıqları, üçüncü tərəflər tərəfindən açılan kriptovalyuta hesabları vasitəsilə beynəlxalq hesablara köçürərək əldə etdikləri qanunsuz gəlirləri yuduqları və istifadəçiləri qanunsuz mərc saytlarına yönləndirdikləri müəyyən olunub.
Anar












































