Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb


Xaçmazda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Vaz-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş