
Rusiyanın Maqadan vilayətində mədənin çökməsi baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, dağıntılar altında səkkiz nəfərin qalması ehtimalı var. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər göndərilib.
Nazirlikdən bildirilib ki, Susumanski rayonundakı Kadıkçanski açıq kömür mədənində qaya sürüşməsi barədə məlumat daxil olub.
Yanğınsöndürənlər, mədən xilasediciləri və tibb işçiləri çökmə yerinə göndərilib və Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri uçuşa hazırlaşır.
Mehman













































