
"Avropa Sülh Fondu çərçivəsində Ermənistana iki mərhələli 30 milyon avroluq qeyri-öldürücü yardımın ayrılmasını üçün maliyyə vəsaiti ayırılması açıq şəkildə Ermənistan və Azərbaycan arasında formalaşmaqda olan sülhü baltalamaq niyyəti güdməsi, fikrimcə, heç kim üçün sirr olmamalıdır. Təbii ki, Avropa İttifaqının bu ilk addımı deyil".
Newscenter.az xəbər verir ki, bunları politoloq Samir Hümbətov deyib. O bildirib ki, 2021-ci ildə müdafiə ehtiyacları üçün yaradılmış Sülh Fondundan İrəvana 10 milyon və 20 milyon avro ayırmasının digər bir səbəbi isə bu ilin mart ayında Ermənistan üçüncü yardım paketi istəməsi olduğu qeyd edilə bilər:
"Hesab etmək olar ki, bu açıq şəkildə Ermənistanı nəinki Azərbaycanla sülh bağlamaqdan çəkindirmək, həmçinin yeni müharibəyə təhrik etmək niyyətindən xəbər verir".
Süleyman











































