
ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla danışıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamentinin açıqlamasına görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətləri, Ukrayna və İranı müzakirə ediblər.
Departamentin açıqlamasında deyilir:
"Onlar ABŞ və Rusiya arasındakı münasibətləri, Rusiya ilə Ukrayna arasındakı müharibəni və İranı müzakirə ediblər".
Dövlət Departamentinin açıqlamasına görə, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Anar











































