Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehran Minskdən yardım alacaq

Tehran Minskdən yardım alacaq


Belarus may ayında İrana humanitar yardım göndərə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İslam Respublikasının Belarusdakı səfiri Əlirza Sanei bildirib.

Səfir Belarus Milli Assambleyasının (parlamentinin) Beynəlxalq Məsələlər Daimi Komitəsinin sədri Sergey Raçkovla görüşüb.

“Humanitar yardımla bağlı qeyd etmək lazımdır ki, Belarus Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrana humanitar yardım partiyasının göndərilməsi Belarus tərəfinin gündəliyindədir və hazırda inzibati və hüquqi prosedurlardan keçir”, - deyə Sanei bildirib.

Səfir əlavə edib ki, yükün may ayında göndəriləcəyinə ümid ifadə olunub.

Belarus və İran həmçinin 2027 və 2030-cu illərə qədər olan dövr üçün siyasi, iqtisadi, parlament və mədəni sahələrdə əməkdaşlıq üzrə yol xəritəsini nəzərdən keçiriblər.

Sanei bildirib ki, bu görüşdə ikitərəfli münasibətlərdə müxtəlif sahələrdə - siyasi, iqtisadi, parlament, mədəni - son nailiyyətlər, eləcə də 2027-ci və 2030-cu illərə qədər olan dövr üçün bu əməkdaşlıq üçün yol xəritəsi və ikitərəfli münasibətlərin strateji aspektləri müzakirə olunub.

Anar
Xəbəri paylaş