
Yaxın vaxtlarda Türk Ticarət Palatasının toplantısı keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev məlumat verib.
ASK sədri deyib ki, Türk Ticarət Palatasının toplantısının Qazaxıstanda keçirilməsi nəzərdə tutulub:
"İclasda türk dünyasında birgə əməkdaşlıq, iş adamları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq. Məqsəd iş dünyası çərçivəsində əlaqədari inkişaf etdirməkdir".
Süleyman











































