Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Rusiya ilə danışıqlara hazırlaşır

Avropa İttifaqı Rusiya ilə danışıqlara hazırlaşır


Avropa İttifaqı Ukraynadakı münaqişə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlara hazırlaşır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti António Koşta bildirib.

O, "Financial Times" qəzetinə verdiyi açıqlamada bildirib ki, vaxtı çatanda Rusiya ilə nələri müzakirə etməli olduğuqlarını dəqiq müəyyən etmək üçün qurumun 27 üzv dövlətinin liderləri ilə danışıqlar aparır.

O, Aİ-nin Vladimir Putinlə danışıqlar aparmaq üçün potensialına malik olduğuna inanır. Qəzet qeyd edir ki, Avropa liderlərinin baxışlarındakı bu dəyişiklik ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişəni həll etməsindən artan məyusluqdan irəli gəlir.

Avropa liderləri və rəsmiləri dəfələrlə Rusiya ilə dialoqun bərpasının lehinə çıxış ediblər.

Anar
Xəbəri paylaş