Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin və Avropa arasında konteyner daşımaları artıb

Çin və Avropa arasında konteyner daşımaları artıb



Çin və Avropa arasında Rusiya vasitəsilə yük daşımalarının həcmi 2026-cı ilin mart ayında 45% artıb.

Newscenter.az xəbər verir ki, bunu nəqliyyat naziri Andrey Nikitin "İzvestiya"ya verdiyi açıqlamada bildirib.

"Rusiya, Qazaxıstan və Belarus arasında birgə layihə Çin və Avropa arasında ən sürətli dəmir yolu konteyner xidmətini inkişaf etdirir. Qırmızı dənizdəki təhdidlər və Süveyş kanalının qeyri-sabit işləməsi fonunda yükdaşıyanların bu marşruta marağı artıb. 2026-cı ilin mart ayında Çin və Avropa arasında bu ölkələrdən keçən konteyner daşımaları 45% artaraq 21.000 tondan 31.000 tona çatıb", - deyə nazir qeyd edib.

Anar
Xəbəri paylaş