
ABŞ dövlət katibi Marko Rubio may ayının sonuna qədər Hindistana səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Yeni Dehlidəki səfiri Sercio Qor məlumat verib.
"Rubionu Hindistanda qarşılamağı səbirsizliklə gözləyirəm. Amerika Birləşmiş Ştatları Hindistanla artan tərəfdaşlığımızı dərindən qiymətləndirir və həm ölkələrimizə, həm də dünyaya fayda verəcək daha güclü əlaqələr qurmaqdan məmnunuq", - deyə o, bildirib.
Rubionun 24-26 may tarixlərində Yeni Dehliyə səfəri planlaşdırılır. O, Baş nazir Narendra Modi və onun milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə görüşəcək, eləcə də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə danışıqlar aparacaq. Qəzetin məlumatına görə, müzakirələrin tariflər və sanksiyalar, eləcə də Qərbi Asiyadakı müharibənin nəticələri ilə bağlı bir neçə yüksəliş və enişdən sonra Hindistan-ABŞ münasibətlərinin gedişatını müəyyən etməsi gözlənilir.
Anar











































