Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şiş əleyhinə dərmanların burun vasitəsilə beyinə çatdırılması üçün sistem hazırlanıb

Şiş əleyhinə dərmanların burun vasitəsilə beyinə çatdırılması üçün sistem hazırlanıb


Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri gellan saqqızından istifadə edərək burun boşluğu vasitəsilə beyinə şiş əleyhinə dərmanların çatdırılması üçün innovativ sistem hazırlayıblar.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib. Bildirilib ki, bu da dərmanın burun mukozasında daha uzun müddət qalmasına imkan verir. Dərman qəbul edilən hissədə altı saata qədər qalır.

Professor Yelena Baxruşinanın sözlərinə görə, dərman burun mukozası ilə təmasda olduqda gelə çevrilir və bu da onun udma yerində altı saata qədər qalmasına imkan verir. Nəticədə uzunmüddətli təsir və yüksək biomənimsənilməni təmin edir.

Hesabatda qeyd edildiyi kimi, heyvanlar üzərində aparılan tədqiqat gelin burundan beyinə birbaşa nüfuz etmə mexanizmini nümayiş etdirib. Dərmanın heyvanların selikli qişasında 24 saat qaldığı məlum olub.

Anar
Xəbəri paylaş