Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Faşizm üzərində qələbəni Rusiya inhisarına ala bilməz

Faşizm üzərində qələbəni Rusiya inhisarına ala bilməz


İkinci Cahan savaşında faşizm üzərində qələbəni Rusiya inhisarına ala bilməz. Bu qələbənin qazanılmasında bütün xalqlar mərdliklə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Hitler Almaniyasının ağır məğlubiyyətinə görə təkcə Rusiya deyil, bəşəriyyət Azərbaycana və Azərbaycan xalqının gərgin əməyinə və əzmkarlığına borcludur:

"Keçmiş Sovet hərb maşınının hərəkətə gətirilməsi Bakı nefti olmasaydı mümkünsüz idi. Müharibə dönəmində Bakı neftçiləri milyonlarla ton neft və neft məhsulları tədarük edərək qələbənin qazanılmasında həlledici rol oynayıb. Azərbaycan həmin illərdə arxa cəbhədə böyük zəhmət sərf edib. Hərbi məqsədli, kənd təsərrüfatı və digər məhsulların istehsalında Azərbaycan ön sıralarda olub. Canlı qüvvə baxımından da azərbaycanlılar fəal iştirak edib. Qərbi Azərbaycanlı soydaşlarımız da daxil olmaqla yüz minlərlə həmvətənlərimiz cəbhədə düşmənə qarşı döyüşüb, həlak olub, itkin düşüb, faşistlərin konslagerlərində ən ağır işgəncələrə məruz qalıb, qəhrəmanlıq səlnamələri yazıb".

Əli Orucov təəssüf hissi ilə qeyd edib ki, Moskva həmişəki kimi ayrıseçkilik edərək azərbaycanlılara və yaxud onun paytaxtına ədalətli qiymətini vermədi:

"Bakıya qəhrəman şəhər verilməli olduğu halda, bu edilmədi. Bakı nefti olmasaydı Qələbə də olmazdı. İndi Rusiya almanca danışırdı. Prezident 9 May qələbə paradında ancaq rus xalqını qabardır, sanki digər millətlər rus xalqından geridə qalıblar. 44 günlük müharibədə Azərbaycan xalqının göstərdiyi şücaət və igidlik dünyanı heyrətə gətirdi. Bu bir daha sübut etdi ki, qəhrəmanlıq və cəsurluq xalqın genində və qanındadır".

Süleyman
Xəbəri paylaş