Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ tarixində ilk dəfə Taliban nümayəndələri ilə görüş keçirəcək

Aİ tarixində ilk dəfə Taliban nümayəndələri ilə görüş keçirəcək


Avropa İttifaqı miqrasiya məsələlərini müzakirə etmək üçün Əfqanıstan Taliban hərəkatının nümayəndələri ilə ilk görüşünü keçirəcək.

Newscenter.az bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentlik Avropa Komissiyasının sözçüsünə istinadən bildirib ki, görüşün bəzi Aİ ölkələrinin Brüsseldəki xahişi ilə keçirilməsi planlaşdırılır. Lakin hələlik tarix müəyyən edilməyib.

Aİ sözçüsü vurğulayıb ki, bu görüş Talibanın Aİ tərəfindən rəsmi tanınması demək deyil.

Qeyd edək ki, bu Avropa İttifaqının tarixində Talibanla keçirilən ilk görüş olacaq.

Anar
Xəbəri paylaş