
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında iştirak etmişdir.
Ölkə başçısının çıxışı həm təhlükəsizlik məsələləri, həm enerji resurslarının birgə istifadəsi, həm də qlobal miqyasda gedən siyasi proseslər baxımından mühüm fikirlərlə diqqət çəkdi"
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. 0 bildirib ki, səsləndirilən mesajlar Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığa açıq, etibarlı və balanslı mövqe tutduğunu bir daha nümayiş etdirdi:
"Ümumilikdə bu iştirak ölkənin beynəlxalq münasibətlər sistemində rolunun daha da gücləndiyini ortaya qoydu".
Onun sözlərinə görə, İlham Əliyev çıxışında Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə olunan razılaşmalara diqqət çəkərək bildirib ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə hər iki ölkənin rəhbərləri tərəfindən Birgə Bəyannamə imzalanıb və bu sənədə ABŞ Prezidenti Donald Tramp da şahid qismində qoşulub:
"Prezident qeyd edib ki, eyni zamanda xarici işlər nazirləri sülh sazişinin mətnini ilkin şəkildə razılaşdıraraq paraflayıblar və bu, regionda sülhün artıq real mərhələyə qədəm qoyduğunu göstərir".
Anar










































