Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan paradında komik səhnələr

Ermənistan paradında komik səhnələr


"Mayın 28-də Ermənistanda hərbi parad keçiriləcək. Artıq hazırlıq başlayıb. Yəqin ki, Fransanın Ermənistana verdiyi az sayda silahların bir neçəsi paradda nümayiş olunacaq. Məni maraqlandiran bir neçə məsələ var".

Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O deyib ki, parad son illər ərzində dəfələrlə döyüş meydanında məğlub olan və 4 dəfə kapitulyasiya aktı imzalayan ordunun nəyinə və harasına yaraşır?. Ədalət Verdiyev diqqətə çatdırıb ki, hərbi paradda 30 illik işğal, talan və vandalizm tarixinə malik erməni ordusu ictimaiyyətə necə təqdim ediləcək?

"Hərbi paradda diktor Ermənistan ordusunun hansı yadda qalan fəaliyyətlərini qeyd edəcək?. Ermənistan hərbi sahədə ənənəvi olaraq Rusiya, Fransa, Hindistan və İran ilə əməkdaşlıq edib və ya edir. Odur ki, bu paradda komik səhnələr istisna deyil".

Ekspert deyir ki, Ermənistan rəhbərliyinin məğlub ordunu təbliğ etmək niyyəti aşkar şəkildə görünür, amma bunun üçün avtobusda özgə hesabına gəzmək kimi ucuz videolar paylaşmaq fayda verməz:

"Ordu yalnız və yalnız Qələbəsi ilə təbliğ oluna bilər. Odur ki, məğlub erməni ordusunun hərbi paradı yerli əhali tərəfindən kəskin etirazlara səbəb olacaq. Əgər parad zamanı fors major və ya komik bir vəziyyət yaranarsa, bu etirazları daha da kəskinləşdirəcək. Hərbi parad Əsgərin döyüş meydanında mütləq Qələbəsi ilə müşayət olunanda siyasi və hərbi əhəmiyyət daşıyır".

Anar
Xəbəri paylaş