
"1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində ölkədə siyasi sabitliyi təmin etdi, Azərbaycanı parçalamadan xilas etdi".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Mahir Süleymanlı parlamentin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, Ulu Öndərin gərgin fəaliyyəti və uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanən bu günkü inkişafının təməlini qoydu:
"Bu gün Azərbaycan Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan nəinki regionda, eyni zamanda qlobal məkanda söz sahibinə çevrilib".
Mahir Süleymanlı qeyd edib ki, bütün bunlar Heydər Əliyevin zəngin siyasi irsinin davamıdır və bu irs bundan soinra da yaşayacaq.
Süleyman










































