Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquq-mühafizə orqanlarına qarşı məqsədli şəkildə kampaniya aparılır

Hüquq-mühafizə orqanlarına qarşı məqsədli şəkildə kampaniya aparılır


"Bu gün sosial şəbəkələrdə ölkənin hüquq-mühafizə orqanlarına qarşı planlı şəkildə kampaniya aparılır, onları gözdən salmağa çalışırlır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili bildirib ki, bu kampnaiya təkcə bir dövlət qurumu, polisə, yaxud prokurorluğun fəaliyyətinə yönəlməyib, bu kampaniya ümumilikdə dövlətin sütunlarını zəiflətməyə hesablıanıb:

"Mən demirəm ki, hər şey ideladır, problem yoxdur. Düzdür, müəyyən problemlər də var. Ancaq həmin problemlərini sağlam şəkildə tənqid etmək lazımdır ki, həmin qurumlar da problemlərin həlli istiqamətində addımlar atsınlar. Daha onu xaosa çevirmək, dövlətə, onun güc strukturlarına qarşı yönəltmək doğu deyil. Bu birbaşa dövlətçiliyə qarşı yönəlmiş fəaliyyətdir".

Süleyman
Xəbəri paylaş