
"Əlimiz tətikdədir, amma əsas istək və diqqətimiz davamlı sülhdür".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Fatma Mohacerani deyib.
Mohacerani paytaxt Tehranda keçirilən mətbuat konfransında bildirib ki, İrana dəfələrlə hücum edilib, lakin Tehran hər dəfə bu hücumları dəf edib:
"Bu dəfə də biz güclüyük, supergüclər arasındayıq və yaraları bir daha sağaldacağıq"
Dünyanın ən böyük gücü ilə 40 günlük müharibə apardıqlarını bildirən Mohacerani, "Əlimiz tətikdədir və danışıqlar sahəsinin müəyyənləşdirilməsini gözləyirik. Əsas diqqətimiz davamlı sülhdür",-deyə bildirib.
Mohacerani bildirib ki, onlar şərəf, müdriklik və mənafe prinsiplərinə uyğun olaraq diplomatiyanı davam etdirirlər.
Anar










































