Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə qədər artıra bilər

İran uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə qədər artıra bilər


İran parlamenti ABŞ və İsrailin təkrar hücumu halında uranın zənginləşdirilməsini 90%-ə çatdırmağı müzakirə edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi bildirib.

"Təkrar hücum halında İran üçün bir seçim uranı 90 faizə qədər zənginləşdirmək ola bilər. Biz bunu parlamentdə müzakirə edəcəyik", - deyə o, X-də yazıb.

Qeyd edək ki, mayın 11-də ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamamaq öhdəliyindən imtina etdiyini bildirib. Daha sonra Tramp deyib ki, ABŞ tezliklə Hörmüz boğazında hərbi əməliyyatları bərpa edə və ya hətta İrana qarşı daha ciddi tədbirlər görə bilər.

Anar
Xəbəri paylaş