
"Övladlıqdan imtina edilən uşaqlara dövlət sahib çıxmalıdır. Bu, dünyanın əksər ölkələrində belədir. Ona görə də hesab edirəm ki, dövlətin sığınacaq yerlərinin də sayı artırılmalıdır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili təəssüf hissi qeyd edib ki, son vaxtlar yol kənarlarında, qəbirstanlıqlarda belə uşaqların valideynləri tərəfindən atılması ilə bağlı hallara rast gəlirik:
"Həmin uşaqlar da bizim vətəndaşlarımızdır və ona görə dövlət öz vətəndaşına sahib çıxmalıdır".
Millət vəkili ümumilikdə ölkədə insan alverinə qarşı aparılan mübarizənin effektli olduğunu deyib.
Süleyman










































