Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ermənistana Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı izahatları təqdim edib

Rusiya Ermənistana Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı izahatları təqdim edib


Rusiya Cənubi Qafqaz Dəmir Yolu (CQD) konsessiyası ilə bağlı bütün narahatlıqlarını Ermənistanla aydınlaşdırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bildirib.

Diplomat deyib ki, Cənubi Qafqaz Dəmir Yolu Konsessiyası 1 apreldə Rusiya və Ermənistan liderləri arasında keçirilən danışıqlar zamanı ətraflı müzakirə olunub. Ermənistan tərəfini narahat edən bütün məsələlərə dair aydınlıq gətirilib və Rusiyanın regional kommunikasiyaların açılmasında iştirakı da daxil olmaqla, gələcək işlərin aparılması üsulları barədə anlaşma əldə edilib.

Anar
Xəbəri paylaş