
"Bir qayda olaraq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək ərəfəsində Avropadakı bəzi siyasi təsisatlar ölkəmizi hədəfə alır, keçirəcəyimiz bu və ya digər beynəlxalq tədbirə xələl gətirməyə çalışırlar. Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində də həmin dairələr iş başındadır. Avropa Parlamentinin qərəzli bəyanatı, Fransa Senatının erməni tarixi-mədəni abidələri barədə qeyri-obyektiv müzakirəsi və həmin müzakirə zamanı Azərbaycanın heç bir əsas olmadan hədəf götürülməsi məhz bu kampaniyanın tərkib hissəsidir".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, bundan əvvəl keçirilən COP29 zamanı da məlum şəbəkə eyniilə Azərbaycana qarşı hücuma keçmişdi:
"Eləcə də Birinci Avropa Oyunları, Avroviziya musiqi yarışması, İslam Həmrəylik Oyunları ərəfəsində Bakı antiAzərbaycan qüvvələr tərəfindən hədəf alınıb, onun ev sahibliyi etmək istədiyi tədbirlərə xələl gətirməyə can atılıb. Ancaq bu məkirli planların heç biri baş tutmayıb və Azərbaycan bütün beynəlxalq tədbirləri ən yüksək səviyyədə həyata keçirib".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Ümumdünya Şəhərsalma Forumunu gözdən salmaq cəhdləri də qətiyyən baş tutacaq tutmayacaq və ölkəmiz bu qlobal əhəmiyyətli forumu da digər beynəlxalq tədbirlər kimi ən yüksək səviyyədə keçirəcək.
Süleyman










































