Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaqlara qarşı zorakılıq halları 25 faiz artıb

Uşaqlara qarşı zorakılıq halları 25 faiz artıb


"2024-cü ildə silahlı münaqişələrdə uşaqlara qarşı zorakılıq görünməmiş səviyyələrə çatıb və ağır zorakılıqların sayı 2023-cü illə müqayisədə 25 faiz artıb. Uşaqlar qəddar münaqişələrin və hücumların əsas yükünü daşıyırlar. Uşaqlar dərinləşən humanitar böhranlardan təsirlənirlər".

Newscenter.az xəbər verir ki, bu fikirlər 4-cü il Beynəlxalq Münaqişədə Günahsız Uşaqlar Günü münasibətilə BMT-nin Baş katibi Antonio Quterreşin "Uşaqlar və Silahlı Münaqişə" adlı hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, uşaqlar dünyadakı müharibələrin ağır zərbələrindən təsirlənirlər.

Hesabatda qeyd olunur ki, ən çox ciddi qanun pozuntuları Fələstin ərazilərində 8 min 544, Konqo Demokratik Respublikasında 4 min 43, Somalidə 2 min 568, Nigeriyada 2 min 436 və Haitidə 2 min 269 hadisə ilə yadda qalıb.

Pozuntuların sayında ən kəskin faiz artımı Livanda 545 faiz, Mozambikdə 525 faiz, Haitidə 490 faiz, Efiopiyada 235 faiz və Ukraynada 105 faizlə qeydə alınıb.

Aygün
Xəbəri paylaş