
ABŞ və İran arasında razılaşmaya Tehran tərəfindən parlamentin sədri M. Qalibaf imza atıb. O, M. Qalibafdır ki, iki gündən bir ABŞ qarşı sərt və kəskinmesajlar yazırdı. ABŞ təhdid edərək, heç bir razılaşmaya getməyəcəyini bəyan edirdi. Amma, D. Tramp dediyi öz təsdiqini tapdı.
D.Tramp deyirdi ki, İran rəsmiləri bizimlə söhbət edəndə çox mülayim və güzəştə hazır olduğunu qeyd edirlər. Amma, çıxıb tam əksini deyirlər. Məhz M. Qalibafın bir tərəfdən ABŞ təhdid edən mesajlar verir, axşam isə, onlarla danışıqlar aparıb, razılaşmalara imza atdi. Xüsusilə, D. Trampın ad günündə İran bir növ onu təbrik etmiş oldu.
ABŞ və İran arasında razılaşmadan İsrail tərəfi narazıdır. İsrail də İranın nüvənin zənginləşdirməsindən imtina edilməsini tələb edirdi. Rəsmi Tehran bu təkliflə razılaşıb. Göründüyü kimi, İsrailin hərbi -siyasi kabineti eskalasiyada maraqlıdır və razılaşmanın pozulmasına çalışır. İsrailin Baş naziri B. Netanyahu razılaşmalara qarşı siyasətini davam etdirəcəksə, onun seçkilərdə məğlub olması və istintaqa çıxarılması mümkün görünür. ABŞ prezidenti bir növ B. Netanyahudan qurtulmaq istəyəcək.
ABŞ və İran arasında razılaşma Tehranın qalibiyyəti deyil. Ümumiyyətlə, İrana ciddi zərbə vurulub. İran rejiminin qalibiyyəti hakimiyyətdə qalması deməkdir.
ABŞ İranın neft -qaz sənayesinə investisiya yatıracaq. İki ölkə arasında iqtisadi əməkdaşlığı əhatə edən yeni müqavilələr hazırlanır.
Məhəmməd Əsədullazadə












































