
Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarovun dəvəti ilə Albaniya Respublikasının Prezidenti Bayram Beqai bu ölkəyə səfər edəcək.
Newscenter.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, səfər 17-19 iyun tarixlərində baş tutacaq.
Rəsmi səfər çərçivəsində dövlət başçıları Çolpon-Atada ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri ilə bağlı danışıqlar aparacaq. Eləcə də iqtisadiyyat, kənd təsərrüfatı, turizm, nəqliyyat, rəqəmsallaşdırma və digər sahələrdə gələcək qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd etmək lazımdır ki, Albaniya Prezidentinin rəsmi səfəri Qırğızıstan-Albaniya münasibətləri tarixində ilk səfərdir və əməkdaşlığın daha da inkişafı üçün təməl qoyacaq.
Arzu












































