Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə yeni hava limanı tikiləcək

Daşkənddə yeni hava limanı tikiləcək


Özbəkistan tərəfi ABŞ Eksimbankı ilə enerji sektorunun modernləşdirilməsi üçün birgə layihələrin sürətləndirilməsi barədə razılıq əldə edib.

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bu barədə məsələ Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə ABŞ Eksimbankının prezidenti Con Yovanoviç və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) baş direktoru Ben Blek ilə görüşdə müzakirə olunub.

Danışıqlar zamanı bu qurumların Özbəkistanda infrastrukturun inkişafı, vacib mineralların işlənməsi, enerji, süni intellektin tətbiqi və rəqəmsallaşdırma kimi yüksək texnologiyalı strateji layihələrin maliyyələşdirilməsində iştirakı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daşkənddə yeni beynəlxalq hava limanının tikintisi, Fərqanə bölgəsində müasir tibb kompleksinin yaradılması, rəqəmsal bankın işə salınması, məlumat mərkəzlərinin və quru limanların tikintisi kimi böyük infrastruktur layihələrinin həyata keçirilməsinin praktik mərhələsinə keçməyin zəruriliyi də söhbət zamanı vurğulanıb.

Görüşün sonunda müzakirə olunan investisiya və texnoloji layihələrin təşviqi üçün birgə "yol xəritəsi"nin qəbul edilməsi barədə razılığa gəlinib.

Süleyman
Xəbəri paylaş