
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistana işgüzar səfərə gedib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistanın Milli Xəbər Agentliyi (uze.uz) yayıb.
Yüksək səviyyəli qonağı Daşkənd-Humo Beynəlxalq Hava Limanında Özbəkistan Respublikası Baş nazirinin müavini Açilboy Ramatov və digər rəsmi şəxslər qarşılayıblar.
Məlumata görə. səfər proqramına uyğun olaraq, Azərbaycanın hökumət başçısı Daşkənddə keçiriləcək 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək. Əli Əsədovun forum çərçivəsində özbəkistanlı həmkarı ilə də görüşü nəzərdə tutulur.
Süleyman











































