Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanla sülh müqaviləsinin imzalanması bu il üçün də real görünmür

Ermənistanla sülh müqaviləsinin imzalanması bu il üçün də real görünmür


Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması bu il üçün də real görünmür. Çünki yekun sənədin imzalanması üçün hələ həllini tapmayan bir sıra məsələlər mövcuddur.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. Onun sözlərinə görə, parlament seçkilərində Paşinyanın partiyası qələbə qazansa da, lakin konstitusiya dəyişikliyinə nail olmaq üçün qanunverici orqanda yetərli çoxluğa malik deyil:

"Digər tərəfdən Ermənistanın yeni konstitusiyası tam mətində erməni cəmiyyətinə açıqlanmayıb. Cəmiyyətin ana qanuna dəyişiklik mövqeyinin necə olacağı məlum deyil. Bunun özü müəyyən bir zaman alacaq. Həmçinin, konstitusiya dəyişikliyi referendumunun nə vaxt keçiriləcəyi də dəqiq bəlli deyil. Bütün bunları nəzərə aldıqda belə qənaətə gəlmək olar ki, bu il ərzində Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması mümkünsüz görünür".

Arzuman Muradlı onu da qeyd edib ki, müəyyən xarici təsirlər də Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışacaq:

"Bu sırada ilk növbədə Rusiya yer alır. Moskva ciddi cəhdlə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasın. Vaşinqtonda Birləşmiş Ştatlar prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsinin paraflanmasına Kremldən olan münasibət bunu aydın şəkildə ortaya qoyur ki, Moskva Cənubi Qafqazda qalıcı sülh istəmir".

Süleyman
Xəbəri paylaş