
Qazaxıstanda 9359 xarici vətəndaş qalma qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 3828 əcnəbi vətəndaş qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqlarına görə məsuliyyətə cəlb olunub. Bundan başqa 882 işəgötürən xarici işçi qüvvəsindən qanunsuz istifadə etdiklərinə, 2794 fiziki və hüquqi şəxs evlərində yaşayan əcnəbilər barədə polisə vaxtında məlumat vermədiklərinə görə məsuliyyətə cəlb edilib.
Məhkəmənin qərarı ilə miqrasiya qanunvericiliyini pozan 1559 nəfər ölkədən deportasiya edilib. 1836 əcnəbi vətəndaşın Qazaxıstan ərazisində qalma müddəti azaldılıb. 122 əcnəbi vətəndaş məcburi şəkildə deportasiya olunub. Onların hamısına beş il müddətinə Qazaxıstana giriş qadağan edilib.
Süleyman













































