Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbək məhsullarının Cənubi Avropa və Aralıq dənizi bazarlarına ixracı üçün Albaniyanın Durres limanından istifadə ediləcək

Özbək məhsullarının Cənubi Avropa və Aralıq dənizi bazarlarına ixracı üçün Albaniyanın Durres limanından istifadə ediləcək


Özbəkistan məhsullarının Cənubi Avropa və Aralıq dənizi bazarlarına ixracı üçün Albaniyanın Durres limanından logistika mərkəzi kimi istifadə imkanları araşdırılacaq.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, sözügedən məsələ Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay arasında keçirilən görüşdə müzakirə edilb. Görüşdə iki ölkə arasında praktik əməkdaşlığın daha da gücləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Görüşün əvvəlində Şavkat Mirziyoyev Özbəkistan və Albaniya arasında münasibətlər tarixində ilk dəfə keçirilən bu zirvə görüşünün xüsusi əhəmiyyət kəsb etdiyini və ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracağını qeyd edib.

Müxtəlif səviyyələrdə siyasi dialoqun və təmasların intensivləşməsi məmnuniyyətlə qeyd edilib. Bildirilib ki, tərəflər BMT və digər beynəlxalq strukturlar çərçivəsində bir-birini dəstəkləməyə davam edirlər.

Görüşdə ticarətin genişləndirilməsinə, aqrosənaye kompleksi, "yaşıl" enerji, geologiya, informasiya texnologiyaları və rəqəmsallaşdırma, turizm və digər vacib sahələrdə genişmiqyaslı əməkdaşlıq proqramının hazırlanmasına xüsusi diqqət yetirilib.
İqtisadi və investisiya əməkdaşlığı üçün hüquqi çərçivənin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Əməkdaşlığın iqtisadi gündəliyini təşviq etmək üçün Hökumətlərarası Komissiyanın yaradılması və ilk iclasının bu il Daşkənddə keçirilməsi barədə razılığa gəlinib.

Mədəni və humanitar sahədə tərəflər mədəniyyət günlərinin, film nümayişlərinin, sərgilərin və yaradıcı səfərlərin təşkilinin vacibliyini vurğulayıblar.

Liderlər həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

Süleyman
Xəbəri paylaş