Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Administrasiyasında Demokratik İslahatlar Partiyasının sədri ilə görüş keçirilib

Prezident Administrasiyasında Demokratik İslahatlar Partiyasının sədri ilə görüş keçirilib


Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyunun 16-da Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüş zamanı ötən müddət ərzində sağlam iqtidar-müxalifət dialoq çərçivəsində görülmüş işlər, ölkənin artan beynəlxalq statusu, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal layihələr, habelə dünya və regionda müşahidə olunan tendensiyalar ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, müxalif siyasi partiyaların Milli Məclisdə təmsil olunması faktı demokratik ənənələrin inkişafı ilə yanaşı, qanunların hazırlanması prosesinə də müsbət təsir edir. Mövcud məsələdə müxtəlif yanaşmaların tətbiqi normayaratma fəaliyyətinə müsbət təsir edir.

Siyasi partiyaların beynəlxalq əlaqələri isə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Bu mənada təqdirə layiq haldır ki, ölkənin bütün siyasi partiyaları ölkəmizə qarşı tətbiq olunan “ikili standartlar” və informasiya manipulyasiyaları sərt şəkildə tənqid edir və bu cür hallar ilə mübarizədə öz töhfələrini verir.

Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinin ilk günüdən etibarən, həmçinin 44 günlük Vətən müharibəsi zamanı və bilavasitə tarixi Qələbədən sonra ölkəmizdə yaşanan həmrəylik mühitinin, habelə siyasi sabitliyin qorunmasının strateji əhəmiyyəti vurğulanıb.

Görüş zamanı aparılan fikir mübadiləsi çərçivəsində son illər ərzində təşviq olunan siyasi dialoq mühiti sayəsində siyasi partiyaların artan ictimai nüfuzu da xüsusi olaraq qeyd edilib.

Dövlətçilik ənənələrinin və milli maraqların qorunması naminə həyata keçirilən bütün təşəbbüslərə öz sadiqliyini bildirən Partiya sədri mövcud istiqamətdə atılan hər bir təşəbbüsü bundan sonra da dəstəkləyəcəyini bildirib.

Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli maraqlara cavab verən fəaliyyətdə Demokratik İslahatlar Partiyasına müvəffəqiyyətlər arzulayıb.

Süleyman



Xəbəri paylaş