Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Psixologiya sanki "copy-paste" peşəsidir

Psixologiya sanki "copy-paste" peşəsidir


"Sosial şəbəkələrdə qarşımıza çıxan bir çox psixoloq səhifələrinə nəzər yetirdikdə özümü sanki foto model kataloqunda hiss edirəm. Anlamaq olmur ki, bu xanım indi hansı terapiya növünü təklif edir? ​Amma məsələ təkcə gözəllikdə deyil. İndi "psixoloq" olmaq nə qədər rahatlaşıb".

Newscenter.az xəbər verir ki, bunları Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev deyib. O bildirib ki, iki aylıq onlayn kursda "sertifikat" aldın, vəssalam:

"Artıq insanların şüuraltına hökmranlıq etməyə hazırsan! Sanki psixologiya "copy-paste" peşəsidir, monitorun arxasından travmaları həll edəcəklər. Ay xanım, psixologiya tətbiqi sahədir, bunu necə distant, ya bir neçə aylıq kursla öyrənmək olar?

​Dövlətin bu sahəni də qara siyahıya salıb, qeyri-peşəkarları sektordan çıxarmağının vaxtı çoxdan çatıb. İnsanların beyni heç kimin laboratoriya təcrübəsi deyil".

Arzu
Xəbəri paylaş