
Türkiyədə sərnişin avtobuslarının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kırşehirdə qeydə alınıb. Məlumata görə, iki ayrı müəssisənin işçilərini daşıyan mikroavtobus, şəhərinin çıxışında toqquşub.
Məlumatdan sonra hadisə yerinə polis və tibbi qruplar göndərilib.
Qəzada sürücülər və mikroavtobuslarda olan 40 nəfər yaralanıb. Yaralılar təcili yardımla Kırşehir Təlim və Araşdırma Xəstəxanasına aparılıb.
Kırşehir valisinin müavini İsmayıl Çetinkaya xəstəxanada yaralıları ziyarət edib, onlara tezliklə sağalmalarını arzulayıb və rəsmilərdən sağlamlıq vəziyyəti barədə məlumat alıb.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Şeyda












































