Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin elektrik enerjisi istehsalı artıb

Türkiyənin elektrik enerjisi istehsalı artıb


Türkiyənin lisenziyalı elektrik enerjisi istehsalı aprel ayında ötən ilin eyni ayı ilə müqayisədə 1,19 faiz artaraq 25.016.411 meqavat-saata çatıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Təşkilatın "Elektrik Bazarı Sektoru Hesabatı"na görə, lisenziyalı elektrik enerjisi istehsalının 46,58 faizi su elektrik enerjisindən, 11,65 faizi liqnitdən, 10,66 faizi küləkdən, 9,61 faizi təbii qazdan, 9,48 faizi idxal kömürdən və 3,95 faizi geotermal elektrik stansiyalarından əldə edilib. Bu mənbələrdən sonra müvafiq olaraq biokütlə, günəş enerjisi, daş kömür, asfaltit və yanacaq yağı gəlir.

Həmin dövrdə elektrik enerjisi istehlakı 6,24 faiz artaraq 23,189,725 meqavat-saata çatıb.

İstehlakın 41,72 faizi sənaye, 29,55 faizi yaşayış məntəqələri istifadəçiləri, 25,38 faizi isə dövlət və özəl xidmət sektoru və digər abunəçilərin payına düşüb. İşıqlandırma istehlakın 1,84 faizini, kənd təsərrüfatı fəaliyyətinin isə 1,51 faizini təşkil edib.

Arzu
Xəbəri paylaş