
Estoniya Parlamentinin üzvləri yeni prezidenti seçmək üçün 2 sentyabrda fövqəladə iclasa toplaşacaqlar.
Newscenter.az xəbər verir ki, bu barədə Estoniyanın Milli ictimai yayımçısı olan ERR kanalı məlumat verib.
Qərar hazırkı dövlət başçısı Alar Karisin təklifi ilə Parlamentin sədri Lauri Hussar tərəfindən verilib.
Baltikyanı respublikanın konstitusiyasına görə, prezident parlament üzvləri tərəfindən beş illik müddətə seçilir və ardıcıl iki müddətdən çox vəzifədə ola bilməz. Namizədin irəli sürülməsi üçün parlamentin ən azı beşdə birinin və ya 21 üzvün dəstəyi tələb olunur. Parlamentin ən azı üçdə ikisinin - 101 səsdən ən azı 68-nin dəstəyini alan namizəd seçilmiş hesab olunur. Parlament üç tur ərzində dövlət başçısını seçə bilməsə, qərar seçki kollegiyası tərəfindən veriləcək.
Arzu












































