
Ermənistan Mərkəzi Seçki Komissiyası, rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi "Güclü Ermənistan" müxalifət blokundan parlamentə namizəd David Qazinyana qarşı cinayət işi açmaq və həbs qərarı almaq üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin vəsatətini təmin edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə namizədin vəkili Aram Vardevanyan bildirib.
Vardevanyan daha əvvəl bildirib ki, vəsatətin əsasını üçüncü tərəflər arasında telefon danışığının səs yazısı təşkil edir. Həmin yazıda müvəkkili Qazinyanın başqa şəxsə 1,4 milyon dram (təxminən 3800 dollar) ötürdüyü iddia olunurdu.
Mərkəzi Seçki Komissiyasının 7 iyun parlament seçkiləri ilə bağlı ilkin məlumatlarına görə, Baş nazir Nikol Paşinyanın hakim Vətəndaş Müqaviləsi partiyası səslərin 49,7456%-ni, iş adamı Samvel Karapetyanın Güclü Ermənistan bloku 23,2710%-ni, keçmiş prezident Robert Köçəryanın Ermənistan bloku isə 9,9231%-ni toplayıb.
Arzu












































