Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp İranla bağlı təkzib edir

Tramp İranla bağlı təkzib edir


ABŞ-İran sülh müqaviləsinin bir hissəsi olaraq 300 milyard dollarlıq özəl investisiya fondunun yaradılması ilə bağlı mediada yayılan məlumatlar yalandır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.

"Bu, doğru deyil. Biz investisiya qoymuruq və fondumuz yoxdur", - deyə prezident jurnalistlərə bildirib.

Qeyd edək ki, ötən gün Reuters investisiya fondunun yaradılması barədə məlumat verib. Məlumata görə, ABŞ və İran arasında çərçivə müqaviləsi 300 milyard dollarlıq özəl investisiya fondunun yaradılmasını nəzərdə tutur və bu məbləğin yarısından çoxu artıq investor öhdəlikləri ilə təmin olunub. Qeyd edilib ki, bu maliyyə mexanizmi dövlət maliyyələşdirməsini və ya qrantları əhatə etmir. Vəsaitlər özəl sektor tərəfindən təmin ediləcək. İnvestorlar arasında ABŞ, Fars körfəzi, Asiya, Cənubi Amerika və Afrikadan olan şirkətlər var.

Aygün
Xəbəri paylaş