
Türkiyə Özbəkistanda ən çox müəssisə açan ölkələr sırasında yer alır.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Təşkilatı məlumat yayıb. Bildirilib ki, Çin, Rusiya, Türkiyə, Qazaxıstan və Cənubi Koreya Özbəkistanda ən çox xarici müəssisəsi olan ölkələrdir.
Xarici iştiraklı müəssisələrin sayına görə ilk 5 ölkə sırasında Çin birinci gəlir. Ölkədə 5821 belə müəssisə var. Rusiya 3349 müəssisə sayı ilə ikinci yerdədir.
Xarici kapitallı müəssisələr əsasən tikinti, informasiya texnologiyaları və rabitə, yaşayış və iaşə xidmətləri, nəqliyyat və saxlama xidmətləri sahələrində yaradılıb.
Süleyman












































