
NATO artıq lazım deyil, düşmən yoxdur və Almaniyada insanların əksəriyyəti bunu görür.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Rusiya-Almaniya ictimai layihəsi olan "Bismark Dialoqu"nun banisi və Almaniya İmperiyasının ilk kansleri Otto fon Bismarkın nəslindən olan Aleksandr fon Bismark bildirib.
"Şəxsən mən, Almaniyadakı bir çoxları kimi, inanıram ki, bizə artıq NATO lazım deyil. Niyə? Varşava Paktı artıq mövcud deyil. Soyuq Müharibə dövründə belə bir əks-təzyiq lazım ola bilərdi. Amma bu gün belə bir hərbi ittifaq artıq lazım deyil. Kimə qarşıdır? Almaniyada insanların əksəriyyəti bunu görür", - deyə o bildirib.
Aygün













































