
Hörmüz boğazında gərginliyin artmasının qarşısını almaq üçün xüsusi rabitə kanalı yaradılıb və artıq fəaliyyətdədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Münaqişələrin qarşısının alınması üçün rabitə kanalı yaradılıb və bu, son bir neçə gündə baş verən gərginliyin qarşısını almaq üçün istifadə edilir", - deyə o, deyib. Diplomat kanalın fəaliyyəti ilə bağlı texniki detalları açıqlamaqdan imtina edib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Doha tərəfdaşları ilə Tehranın iştirakı ilə regional dialoqun aparılması imkanlarını müzakirə edir. Əl-Ənsari qeyd edib ki, biz regional tərəfdaşlarımızla İran da daxil olmaqla regional ölkələrin danışıqlar masasına oturub narahatlıqlarını açıq şəkildə müzakirə etmələrinin məqsədəuyğun olacağı bir nöqtəyə necə çatmaq barədə müzakirələr aparırıq.
Arzu












































