Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda benzin və dizel istehsalı artıb

Özbəkistanda benzin və dizel istehsalı artıb


2026-cı ilin yanvar-may aylarında Özbəkistanda benzin və dizel istehsalı artıb.

Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, bu dövrdə 502,2 min ton avtomobil benzini istehsal edilib.

2025-ci ilin eyni dövründə ölkədə 492,4 min ton benzin istehsal edilib. Hesablamalara görə, bu ilki göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 min ton və ya təxminən 2% çoxdur.

Dizel yanacağı istehsalında da artım qeydə alınıb. 2026-cı ilin yanvar-may aylarında 476,4 min ton dizel istehsal edilib. 2025-ci ilin müvafiq dövründə bu rəqəm 442 min ton olub. Bu o deməkdir ki, dizel istehsalı 34,4 min ton və ya təxminən 7,8% artıb.

Süleyman
Xəbəri paylaş