
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlarını faydalı, məzmunlu və etimad dolu adlandırıb.
Newscenter.az xəbər verir ki, TASS görüş barədə Rusiya XİN rəhbəri Sergey Lavrova istinadən qeyd edib. Bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin mütərəqqi inkişafını qeyd ediblər.
"Biz Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla faydalı, məzmunlu və etimad dolu danışıqlar apardıq. Biz münasibətlərimizin dostluq, mehriban qonşuluq ruhunda və 22 fevral 2022-ci ildə Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamədə mütərəqqi inkişafını qeyd etdik", - deyə Lavrov bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyada rəsmi səfərdədir.
Süleyman












































