Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada meşə yanğınları 3 min hektarı keçib

Fransada meşə yanğınları 3 min hektarı keçib


Fransanın qərbindəki Jironde əyalətində baş verən böyük meşə yanğını daha geniş əraziyə yayılmaqdadır.

Newscenter.az xəbər verir ki, bu barədə TF1 kanalı məlumat verib. Məlumata görə, artıq yanğınlar 3100 hektara yayılıb.

Yanğınsöndürmə və xilasetmə xidmətləri yanğının qarşısını almağa çalışsa da. lakin telekanalın verdiyi xəbərə görə, artıq yanğın nəzarətdən çıxıb. Yanğın Arkaşon körfəzinin şimalında yerləşən Somaux, Porges və Lège-Cap-Ferret kommunalarının yaxınlığındakı meşəlik əraziyə yayılmağa davam edir.

Hakimiyyət orqanları meşə yanğını zonasına yaxın düşərgələrdən və kəndlərdən 10.000-dən çox insanın təxliyə edib. Daha 8.000 insanın təxliyəsi nəzərdə tutulur. Turistlərin sözügedən əyalətə səfərləri qadağan edilib.

Arzu
Xəbəri paylaş