
Arkadi Dvorkoviç Avropa İttifaqı sanksiyaları müddətində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti vəzifəsini könüllü olaraq dayandırmaq qərarına gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Dvorkoviçin bəyanatı FİDE-nin mətbuat xidməti tərəfindən dərc edilib.
Bildirilir ki, Avropa İttifaqı 21-ci sanksiya paketinin bir hissəsi olaraq Dvorkoviçə məhdudiyyətlər tətbiq edib. FİDE nizamnaməsinə əsasən, Dvorkoviçin müavini, 15-ci dünya çempionu, hindistanlı Vişvanatan Anand prezident vəzifəsini icra edəcək.
"Bu gün Aİ-nin məni 21-ci sanksiya siyahısına əlavə etmək qərarı dərc edilib. Birmənalı şəkildə bildirmək istəyirəm ki, bu qərarı qanunsuz və ədalətsiz hesab edirəm və bütün mövcud vasitələrlə dərhal apelyasiya şikayəti veriləcək. Əminəm ki, ədalət qalib gələcək. Lakin rəsmi məhkəmə qərarı verilənə və ya qərar ləğv edilənə, dəyişdirilənə qədər bu sanksiyaların FİDE-nin sabit fəaliyyətinə mane ola biləcəyini nəzərə alaraq, FİDE prezidenti kimi səlahiyyətlərimi və vəzifələrimi dərhal və sanksiyaların qüvvədə olduğu müddət ərzində könüllü olaraq dayandırmaq qərarına gəldim", - deyə Dvorkoviç bildirib.
Anar












































