
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) İsveçrədə populyardır.
Newscenter.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, avtomobil idarə edərkən SOCAR YDM-nin xidmətlərindən istifadə edir: "SOCAR İsveçrədə yaxşı tanınan şirkətdir. Özüm avtomobil idarə edərkən bəzən onun yanacaqdoldurma məntəqələrindən də istifadə edirəm. Bəzi yerlərdə bunlar İsveçrədə ən çox yayılmış məntəqələrdəndir. Bizdə demək olar ki, dünyanın hər yerindən, çox sayda ölkəyə məxsus yanacaqdoldurma məntəqələri var".
Bununla yanaşı, o əlavə edib ki, İsveçrə "qalıq yanacağı olmadan, neftsiz, karbohidrogenlərsiz" gələcəyə keçid etməyə çalışır.
Anar












































