Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul və Çanaqqala boğazlarından 40 min gəmi keçib

İstanbul və Çanaqqala boğazlarından 40 min gəmi keçib


Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizdə hücumların artmasına baxmayaraq, ilin ilk yarısında İstanbul və Çanaqqala boğazlarından cəmi 40.218 gəmi keçib.

Newscenter.az xəbər verir ki, bu barədə Dəniz İşləri Baş İdarəsi məlumat verib.

Bu ilin ilk 6 ayında İstanbul boğazından keçən gəmilərin sayı 19.277, Çanaqqala boğazından keçən gəmilərin sayı isə 20.941 olaraq hesablanıb.

Keçən il, eyni dövrdə bu boğazlardan keçən gəmilərin sayı 40.988 idi. Bu gəmilərdən 19.381-i İstanbuldan, 21.607-si isə Çanaqqaladan keçmişdi.

Növlərinə görə təsnif edildikdə, boğazlardan keçən gəmilərin 13.127-si ümumi yük gəmiləri, 7.777-si toplu yük daşıyan gəmilər və 5.188-i konteyner gəmiləri idi.

Eyni dövrdə Türkiyə boğazlarından diri heyvan daşıyan 604 gəmi, nəqliyyat vasitələri daşıyan 258 gəmi və 87 sement gəmisi də keçib.

Bu dövrdə boğazlardan ümumilikdə 767,5 milyon ton gəmi keçib ki, bunun da 301,5 milyon tonunu İstanbul boğazından, 466 milyon tonunu isə Çanaqqala boğazından keçənlər təşkil edib.

Süleyman
Xəbəri paylaş