
Polşanın paytaxtı Varşavanın mərkəzində İkinci Dünya Müharibəsindən qalma partlamamış mərmi tapılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Varşava polisinin sözçüsü Monika Kaçinska məılumat verib. O, Radio dla Ciebie-yə bildirib ki, polis Varşavanın mərkəzində partlamamış sursatın tapıldığı yerdə işləyir:
"Mərminin tapıldığı yer polis tərəfindən mühasirəyə alınıb. Mina və pirotexniki kəşfiyyat qrupunun üzvü hadisə yerinə göndərilib və tapıntının İkinci Dünya Müharibəsinə aid ola biləcəyini əvvəlcədən təsdiqləyib".
Mərminin tramvay yollarının təmiri zamanı aşkarlandığı ehtimal edilir.
Anar












































