Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton Bəyannaməsi — Cənubi Qafqazda sülh üçün möhkəm baza

Vaşinqton Bəyannaməsi — Cənubi Qafqazda sülh üçün möhkəm baza


“Cənubi Qafqazda qalıcı, davamlı sülhü gətirən Vaşinqton Bəyannnaməsinin imzalanmasından bir il ötür. Bu razılaşma Cənubi Qafqazda yeni siyasi reallığın formalaşması baxımından mühüm hadisə idi. Razılaşmanın əsas əhəmiyyəti yalnız tərəflər arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır. Saziş regionda uzunmüddətli sülhün, təhlükəsizliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkilinin sözlərinə görə, Vaşinqton razılaşması həm də 44 günıük Vətən Müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratmış olduğu yeni reallıqların okeanın o tayında da qəbul edildiyinin təsdiqi idi:

“Regionda sülhün və sabitliyin təmin olunması, bunun Vaşinqton Bəyannaməsi ilə tarixiləşməsi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Qarşıdurma mühitinin aradan qalxması ölkənin regional əməkdaşlıq imkanlarını genişləndirə, nəqliyyat və logistika layihələrinin inkişafına əlavə stimul verə bilər.

Bildiyiniz kimi Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində oynadığı rol Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini daha da artırır. Sülh şəraitində nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi yalnız ayrı-ayrı ölkələrə deyil, bütün regiona iqtisadi dividendlər gətirə bilər”.

İlham Məmmədov qeyd edib ki, Vaşinqton sazişinin ən mühüm perspektivlərindən biri Cənubi Qafqazda münasibətlərin qarşıdurmadan əməkdaşlığa doğru dəyişməsinə təkan verməsidir:

“Ötən müddət ərzində Ermənistanla Azərbaycan arasında iqtisadi sahədə əlaqələrin kifayət qədər inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkili və Azərbaycan ərazisindən keçməklə Ermənistana maneəsiz şəkildə yüklərin çatdırılması deyilənlərin təsdiqidir, İqtisadi zəmində inkişaf edən əlaqələr öz növbəsində siyasi əlaqələrin də inkişafına, nəticə etibarilə yekun sülh sazişinin imzalanmasına geniş imkanlar yaradır”.

Süleyman
Xəbəri paylaş