Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub


Türkiyənin Qaziantep vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Nurdağı rayonunda, Bakı vaxtı ilə saat 04:42-də qeydə alınıb. Zəlzələ yerin 7,44 km dərinliyində baş verib.

Zəlzələ ilə bağlı hər hansı dağıntı qeydə alınmayıb.
Xəbəri paylaş