Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir

Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir


"Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün vergi və gömrük güzəştləri, investisiya təşviqi mexanizmləri və investor hüquqlarının qorunmasına yönəlmiş hüquqi baza yaradılıb. 2026-cı ilin məlumatına görə, 632 investisiya təşviqi sənədi 528 sahibkarlıq subyektinə verilib. Bu layihələrin 9,2 milyard manatdan çox investisiya və 46 mindən artıq iş yeri yaratması gözlənilir".

Newscenter.az xəbər verir ki, bunları iqtisad elmləri doktoru Arzuman Muradlı deyib. O bildirib ki, ölkədə investisiya təşviqi sənədi çərçivəsində uyğun layihələr 7 il müddətinə əmlak və torpaq vergisindən, avadanlıq idxalına görə ƏDV və gömrük rüsumlarından azad edilib, mənfəət və ya gəlir vergisinə isə 50% güzəşt tətbiq olunub ki, bütün bunlar da investorlar üçün yaradılan əlverişli biznes mühitinin göstəricisidir:

"Bir sözlə, Azərbaycanda həm yerli, həm də xarici investorlar üçün əlverişli investisiya mühitinin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir".

Arzuman Muradlı qeyd edib ki, ölkədə əlverişli investisiya mühitinin yaradılması yerli və xarici iş adamlarını paytaxtla yanaşı, bölgələrə də investisiya yatırmağa sövq edir:

"Bu da regionlarda yeni iş yerlərinin açılması, əhalinin sosial rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Süleyman
Xəbəri paylaş